Hollandiyanın Ijmuiden limanında iki gəmi toqquşub.
Ednews xəbər verir ki, batan gəminin 18 nəfərlik ekipajının xilas olması üçün bölgəyə iki təyyarə və bir neçə sahil mühafizə gəmisi göndərilib.
Qəza səbəbi tam olaraq bildirilməsə də, şiddətli külək və qasırğaların səbəb olduğu düşünülür.
Xatırladaq ki, pis hava şəraiti səbəbiylə bu günə planlaşdırılan 260 uçuş ləğv edilib.
Aysel Bədəlova