“Olimpiya Oyunlarının ruhu bəşəriyyətə həmrəyliyi xatırladacaq və hamı üçün parlaq siqnal olacaq”.
Ednews xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş söyləyib.
Katibin sözlərinə görə olimpiya ruhu sülh və qarşılıqlı anlaşma üçün ümumi təməldir. Belə ki, idmançılar bu keyfiyyətləri özündə cəmləşdirməklə qalmır, hər kəsi ruhlandırır.
BMT-nin baş katibi əlavə edib ki, sülhə, ümumi rifaha və insan hüquqlarının möhkəmlənməsinə nail olmağın sərhədləri yoxdur:
Qeyd edək ki, Pekin Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.