Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub.
Ednews xəbər verir ki, bunu dövlət başçısı tviter hesabında paylaşıb.
Qyd edək ki, dövlət başçısında koronavirusun “Omikron” ştamı aşkarlanıb.
“Bu gün yüngül əlamətlərindən dolayı həyat yoldaşımla birlikdə verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb. “Omikron” variantı olan xəstəliyi, həmd olsun, yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”, - Prezident bildirib.