Macarıstanda 3 apreldə baş tutacaq parlament seçkisində Baş nazir Viktor Orbanın rəqibləri “İki Quyruqlu Köpək” Partiyasına məxsus buldoq cinsi Huba və labrador cinsi Rado olub.
Ednews xəbər verir ki, partiyanın seçki şüarı “Ayağa qalx və mənə səs ver”, namizədlərinin vədi isə “daha ədalətli dünya” olub.
Sorğulara əsasən seçkidə itlərin 4% səs yığması gözlənilir.
Xatırladaq ki, “İki Quyruqlu Köpək” Partiyası 2006-cı ildə pulsuz pivə, ölümsüzlük və Marsda macar restoranı kimi absurd məqsədlərlə yaradılıb.
Aysel Bədəlova