İtaliyanın xarici işlər naziri Luici Di Mayo fevralın 17-də Moskvaya səfəri çərçivəsində diplomat rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Ednews xəbər verir ki, bu barədə İtaliyalı diplomat Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən sonra məlumat verib.
“Mən əminəm ki, hazırkı böhran şəraitində yalnız bir həll yolu var – diplomatik yol. Bu, gərginliyə son qoya və hərbi eskalasiyadan qaçmağa imkan verər” – deyə Di Mayo bildirib.
Nazirin sözlərinə görə, o Kuleba ilə görüşdən sonra bir daha əmin olub ki, məsələnin diplomatik həll yolu mövcuddur.