"Gələcəkdə Qırğızıstan, Ermənistan və Ukrayna Rusiya və Belarusun İttifaq Dövlətinə qoşula bilər və bu yeni ölkənin yaranmasına gətirib çıxaracaq".
Ednews xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Kalaşnikov ura.ru saytına müsahibəsi zamanı deyib.
"Sovet İttifaqının dağılmasından dərhal sonra dünya ölkələri Rusiya, Belarus, Ukrayna və Qazaxıstanın bir yerdə olacağını düşünürdülər. Əslində biz Qazaxıstanla həmişə bir yerdə olmuşuq və ölkənin geniş əraziləri Sovet İttifaqı birləşdirilib. Ona görə də ümid edirəm ki, bu üç xalqın - Belarus, Ukrayna, Rusiya ətrafında bir növ özək formalaşacaq ki, bu da zamanla yeni dövlətin yaranmasına gətirib çıxaracaq. Mən indidən deyirəm ki, bu ittifaq dövləti başqa bir adla adlandırılacaq",-deyə deputat bildirib.
Dövlət Dumasının deputatı əlavə edib ki, bəzi ölkələr özləri Rusiyanın tərkibinə daxil olmaq istəklərini bildiriblər.
"İngiltərədən fərqli olaraq, bizim heç vaxt müstəmləkələrimiz olmayıb, biz həmişə bu mənada gedib ərazilərimizi az-çox sülh yolu ilə mənimsəmişik. Düşünürəm ki, yaxın gələcəkdə öz mövcudluğunu qorumaq üçün təhlükəsizliyinin olmadığını başa düşən Qırğızıstan, Ermənistan da bu ittifaqa daxil ola bilər”, - Leonid Kalaşnikov bildirib.