"Baydenin Putinlə görüşü planlarda yoxdur".
Ednews Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat katibi Cen Psaki verib.
Psakinin sözlərinə görə ABŞ administrasiyasının qapılarının diplomatiyaya açıq olmasına baxmayaraq, Co Baydenin Rusiya prezideni ilə əvvəllər müzakirə edilən görüşü artıq planlarda yoxdur.
O, sammitin mümkünlüyü ilə bağlı suala cavab olaraq, “İndiki mərhələdə bu, şübhəsiz ki, planlarda yoxdur”-deyə bildirib.
Qeyd edək ki, daha əvvəl dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla fevralın 24-nə planlaşdırılan görüşün ləğv edildiyini açıqlamışdı.