Türkiyə Hava Yolları Ukrayna, Moldova və Belarusa, eləcə də Rusiyanın Rostov şəhərinə uçuşları təxirə salıb.
Ednews xəbər verir ki, bu barədə Türk Hava Yolları məlumat yayıb.
“Martın 2-dək Rostov-Dona, fevralın 26-dək Belarusa, martın 4-dək isə Moldovaya uçuşlar (giriş-çıxış) ləğv edilib” – deyə məlumatda qeyd edilib.
Açıqlamada Ukraynanın hava məkanının uçuşlar üçün bağlanması səbəbilə fevralın 25-26-da bu ölkəyə olan reyslər ləğv edildiyi bildirilib.