Ukrayna rəsmiləri tərəfindən verilən açıqlamada Rusiyanın nəzarəti altına aldığı Çernobıl bölgəsində radiasiya səviyyəsində artım olduğu bildirilib.
Ednews xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya bölgənin radiasiya səviyyəsində heç bir dəyişiklik olmadığını deyərək iddiaları yalanlayıb.
Qeyd edək ki, Çernobıl AES Ukraynanın paytaxtı Kiyevdən 110 kilometr uzaqlıqda yerləşir.
Xatırladaq ki, Çernobıl AES 1986-ci ildə dünyanın ən böyük nüvə fəlakətlərindən birinə səhnə olan elektrik stansiyasına çevrilib.
Aysel Bədəlova