Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) öz vətəndaşlarına Belarusa səfər etməməyi tövsiyə edib.
Ednews TASS-a istinadən xəbər verir ki, Britaniya XİN-in saytında yerləşdirilmiş məlumatda bu qərar hərbi əməliyyatlar təhlükəsi ilə əlaqələndirib:
"Belarus ərazisində hərbi əməliyyatların baş verməsi riski yüksəkdir. Bu baş verərsə, bizim konsulluq yardımı göstərmək imkanlarımız məhdudlaşacaq. Ölkəni tərk etmək imkanları xüsusən də hava yolu ilə məhduddur. Siz Belarusdan Ukrayna sərhədini keçməyə çalışmamalısınız”. - deyə bildirilib.