Yutub videohostinqi Ukraynada baş verən hadisələrə görə Rusiyanın bir neçə kanalının monetizasiyasını əngəllədiyini təsdiqləyib.
Ednews xəbər verir ki, bu barədə TASS-a şirkətin nümayəndəsi bununla bağlı sorğuya cavab olaraq bildirib.
“Ukraynada baş verən hadisələrə görə bir sıra yutub kanallarının, o cümlədən son vaxtlar sanksiyaya məruz qalan bir neçə Rusiya kanalının monetizasiyanı dayandırırıq”, - şirkətin açıqlamasında deyilir.