“Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq, lakin tərəflər hələ vaxt barədə razılığa gəlməyiblər”.
Ednews Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə diplomatik dairələrdəki mənbədən bildirilib.
"Danışıqlar ləğv edilməyib, lakin onların vaxtı təxirə salınıb. Onlar martın 2-də axşam və ya daha sonra baş tuta bilər", - deyə mənbədən bildirilib.
Qeyd edək ki, tərəflər arasındakı ilk görüş fevralın 28-də Belarusun Qomel vilayətində baş tutub.