Rusiyalı rəsmilər ölkədən qaçan Viktor Yanukoviçi Minskə gətirərək, onu “Ukrayna prezidenti” elan etməyi planlaşdırırlar.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Ukrainskaya Pravda” nəşri kəşfiyyat məlumatlarına istinadən yayıb.
Ssenarilərdən birinə görə, o, Belarusda “Ukrayna prezidenti” elan ediləcək.
“Alınan məlumatlar göstərir ki, Kreml tərəfindən yaxın vaxtlarda eks-prezident Yanukoviç Ukraynaya qayıdacaq və onun adından Ukrayna xalqına müraciət dərc ediləcək”, hesabatda deyilir.