“Biz rəsmi Moskvadan müharibəni dayandırmağı tələb edirik”.
Ednews xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında bildirib.
“Bir gecədə biz AES-ə hücumla bağlı xəbərləri də gördük. Bu, həm müharibəyə son qoymağın vacibliyini, həm də Rusiyanın bütün qoşunlarını Ukraynadan çıxarmasının və diplomatik səylərə xoş niyyətlə yanaşmasının vacibliyini nümayiş etdirir", – deyə Stoltenberq qeyd edib.
O, həmçinin NATO-nun Ukraynadakı müharibədə tərəfsiz olduğunu söyləyib:
“Biz Rusiya ilə müharibə aparmaq istəmirik”.