Avropa İttifaqı Rusiya və Belarusa qarşı yeni sanksiyalar təsdiqlədi - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Avropa İttifaqı Rusiya və Belarusa qarşı yeni sanksiyalar təsdiqlədi

Dünya A- A A+
Avropa İttifaqına (Aİ) üzv dövlətlərin nümayəndələrinin keçirdiyi iclasda Rusiya və Belarusa qarşı yeni sanksiyaların təsdiqlənib. 
 
Ednews xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub. 
 
Yeni sanksiyalara əsasən, Rusiyanın Ukraynaya hücumunda rolu olan bəzi rusiyalı məmurların, oliqarxların və ailə üzvlərinin aktivləri dondurulacaq.
 
Bu şəxslərə səyahət qadağası qoyulacaq. Həmçinin Belarusun 3 bankı SWIFT-dən kənarlaşdırılacaq, kriptovalyutaların Rusiyaya istiqamətlənmiş sanksiyalara qarşı istifadəsinə qadağa qoyulacaq, bəzi məhsul və texnologiyaların Rusiyaya göndərilməsi qadağan ediləcək, Rusiya gəmiçilik sənayesinə qarşı sanksiyalar tətbiq olunacaq. 
 
Hazırda Rusiyanın Ukraynaya hücumlarına görə Aİ-nin həyata keçirdiyi 3 sanksiya paketi var. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...