Antalya şəhərində Türkiyə, Ukrayna və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşünü işıqlandırmaq üçün akkreditasiyadan keçən jurnalistlərin danışıqların keçiriləcəyi otel ərazisində uzun növbəsi yaranıb.
Ednews Türkiyə KİV-nə istinadən xəbər verir ki, təsdiqlənməyən məlumata görə, görüşə 200-ə yaxın jurnalist akkreditasiyadan keçib.
Türkiyə, Ukrayna və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Dimitro Kuleba və Sergey Lavrov arasında üçtərəfli danışıqların bu gün keçirilməsi planlaşdırılır.