Macarıstan parlamentində keçirilən səsvermədə ən çox səsi alan Katalin Novak ölkənin ilk qadın prezidenti olub.
Ednews xəbər verir ki, Novak 188 səsdən 137-i alaraq 5 il müddətinə prezident seçilib.
Qeyd edək ki, müxalifət partiyalarının ortaq namizədi Piter Rona isə 51 səs toplayıb.
Xatırladaq ki, Katalin Novak bu vəzifəni 10 mayda Yanoş Aderdən təhvil alacaq.
Aysel Bədəlova