İstanbulda yağan qar və buzlanma səbəbindən nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Ednews Türkiyə Kiv-nə istinadən bildirir ki, bir çox yerlərdə İETT (İstanbul Elektrikli Tramvay və Tunel Əməliyyatları) reysləri ləğv edilib, bəzi marşrutlar dəyişdirilib.
Qeyd edək ki, bazar günü nəqliyyatın hərəkəti sakit olsa da, D-100 şosesi və TEM şosesi kimi əsas yollar açıqdır, lakin avtomobillər yan küçələrdə çətinliklə hərəkət edir.
İstanbul Hava Limanında əvvəlki qərarlara uyğun olaraq uçuşlar azaldılaraq davam etdirilir.