Aİ ölkələri Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar rusiyalı iş adamı Roman Abramoviçə qarşı sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər.
Ednews xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Abramoviçə qarşı qeyri-rəsmi sanksiyalar Aİ-nin bazar günü keçirilən iclasında təsdiqlənib.
Aİ həmçinin aviasiya və gəmiqayırma sahələrində fəaliyyət göstərən Rusiyanın dövlət müəssisələrinə qarşı növbəti iqtisadi sanksiyaları nəzərdən keçirir.