Böyük Yeddilik (G7) ölkələrinin nümayəndələri bu gün onlayn danışıqlar aparacaq və onlar Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcəklər.
Ednews xəbər verir ki, bu barədə Yaponiyanın maliyyə naziri Syuniti Suzuki bildirib.
"Ölkəmiz Ukraynadakı vəziyyətlə bağlı dünya nizamının əsaslarını qorumaq üçün bütün maraqlı dövlətlərlə, ilk növbədə G7 ölkələri ilə sıx əməkdaşlıq edir. Bu gün G7-nin virtual görüşü baş tutacaq" – deyə Suzuki qeyd edib.
O, bir daha Yaponiya hakimiyyətinin “Rusiya Ukraynaya təcavüzünə görə yüksək bədəl ödəyəcək” mövqeyini dilə gətirib.