Bu gündən etibarən Rusiyanın Avropa Şurasında fəaliyyəti dayandırılır.
Ednews xəbər verir ki, bu barədə Avropa Şurasının Kommunikasiya Departamentinin yaydığı məlumatda bildirilib.
“Avropa Şurasının Nazirlər Komitəsi bu gün səhər keçirilən növbədənkənar iclasında Avropa Şurasının Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq başlanmış prosedur kontekstində 26 illik üzvlükdən sonra Rusiya Federasiyasının bu gündən etibarən Avropa Şurasının üzvlüyünü dayandırması barədə qərar qəbul edib”, - qeyd olunub.