Rusiya-Ukrayna müharibəsi başlayandan bəzi ölkələr etiraz əlaməti olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Avstraliya da saksiya tətbiq edən ölkələr siyahısına daxil olub. Belə ki, hökumət Rusiya vətəndaşlarına qarşı sankisyalarıın tətbiq edildiyini açıqlayıb.
Ednews “Ria Novosti”ə istinadən xəbər verir ki, Avstraliya Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə nazir Maris Peynin “Kremlpərəst təbliğatçılar” adlandırdığı 22 rusiyalının adı yer alıb.
Siyahıda “Rossiya Seqodnya”nın və “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan, rejissor Tiqran Keosayan və “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramının aparıcısı Olqa Skabeyevanın adı yer alıb.
Bundan əlavə siyahıda RT rəhbəri ilə yanaşı, “Moskva Speaks” radiostansiyasının baş redaktoru Roman Babayan, Strateji Mədəniyyət Fondu, “İnforos”, “News Front” və “Kamerton” jurnalının rəhbərlərinin adları da var.
Həmçinin saksiyaya daxil olanlar siyahısında rus filosofu Aleksandr Duqinin qızı, “United World International”-ın baş redaktoru Daria da yer alıb.
Ülviyyə Fərhad