Xəbər verdiyimiz kimi, rusiyalı deputat Mixail Delyagin “Rossiya 1” telekanalının efirində yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan ordusunun Xocalı rayonunun Fərrux kəndində yerləşməsi xəbərinə sərt reaksiya verib və Azərbaycanın neft sənayesinin bombalanmasını məsləhət görüb.
Rusiya Xarici İşlər Nazirliyi də mövzu ilə bağlı fikrini açıqlayıb.
Ednews xəbər verir ki, bu haqda informasiya “RİA Novosti” agentliyində yer alıb.
“Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir, qəbuledilməzdir”, deyə qurumdan bildiriblər.