Pakistanın Baş naziri İmran Xan istefa verib.
Ednews “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.
“Pakistan Konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Pakistan Prezidenti tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində İmran Xan Pakistanın Baş naziri vəzifəsini tutmağı dayandırıb”, - Nazirlər Kabinetinin məlumatında vurğulanıb.
Ölkə başçısı Arif Alvinin verdiyi məlumata görə İmran Xan yeni baş nazir təyin olunanadək vəzifəsini icra edəcək.