Ukraynada başlanan hərbi əməliyyatlar zamanı daha çox qorunan şəhərlərindən biri də Odessadır. Çünki Odessa Ukrayna şəhərləri arasında Qara dənizə çıxışı olan şəhər kimi olduqca strateji məkandır. Liman şəhəri kimi Odessa Ukraynanın dünyaya açılan qapısıdır.
Ednews AzərTac-a istinadən xəbər verir ki, Odessanın qorunması üçün şəhərin hər küçəsində və tinində güclü müdafiə istehkamlarına rast gəlmək olur, düşmənə mövqe müəyyən etmək fürsəti verməmək üçün küçə və prospektlərin adlarının üstləri örtülüb.
Ukraynada müharibə başlayandan bəri şəhərə bir neçə dəfə girmək cəhdinin qarşısı uğurla alınıb. Müharibənin ilk günündən şəhər həm dənizdən, həm də qurudan güclü qorunur. Odessanın sakitliyini isə həyəcan siqnalları və raket səsləri pozur, komendant saatlarında diversantlara qarşı mübarizə də şəhərin müharibə içərisində olduğunu göstərir. Ancaq köklü tarixə malik Qara dənizin “mirvarisi” sayılan Odessa şəhər sakinləri gündəlik işləri ilə məşğul olurlar. Bir sözlə Odessa həm döyüşür, həm müdafiə olunur, həm də yaşayır.
Şəhərdən hazırlanmış foto və videoreportajı təqdim edirik: