Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə təhlükəsizlik zəmanətinə dair danışıqlar üzrə nümayəndə heyətinin təşkili barədə sərəncam imzalayıb.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Prezidentin sərəncamı ilə "Xalqın xidmətçisi" partiyasından olan deputat David Araxamiya nümayəndə heyətinin rəhbəri təyin edilib.