Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq olunub.
Ednews xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Bildirilir ki, aprelin 12-13-də ölkə ərazisinə soyuq və nəmli hava kütləsinin daxil olması nəticəsində havanın temperaturu əsaslı dərəcədə aşağı enəcək.
Leysan yağışları, dağlarda və dağətəyi bölgələrdə qar, sulu qar, yağacaq, çovğun olacaq. Qara dənizdə 4-5 ballıq qasırğa olacaq.
Güclü yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artacaq. Bu da çayların daşmasına, yeni torpaq sürüşməsinə və bəzi ərazilərdə torpaq sürüşməsinin aktivləşməsinə, eləcə də digər təbii fəlakətlərə səbəb ola bilər.
Qeyd edək ki, bundan bir müddət əvvəl ölkə ərazisində yağan güclü yağış, qar və çovğun səbəbindən Gürcüstanın qərbindəki dağlıq ərazilərdə bir neçə kəndlə əlaqə tam kəsilmişdi.
Tbilisinin Vazlişsuvari ərazisindəki torpaq sürüşməsi isə aktivləşərək daha böyük təhlükələrə səbəb olub.