Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Armen Pambuxçyanın fövqəladə hallar naziri təyin edilməsi barədə sərəncam imzalayıb.
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Ermənistanın keçmiş fövqəladə hallar naziri Andranik Piloyan martın 31-də böyük məbləğdə rüşvət almaq ittihamı ilə həbs olunub.