Ötən gün dünya şöhrətli aktyor Conni Depp və həmkarı keçmiş həyat yoldaşı Ember Herdin məhkəməsi keçirilib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə zamanı ifadə verən aktyor keçmiş həyat yoldaşını adını təmizləmək üçün məhkəməyə verdiyini deyib.
Məqsədinin həqiqəti ortaya çıxarmaq olduğunu deyən Depp fikirlərini bu cür davam etdirib:
“Mən heç vaxt xanım Herdi vuracaq qədər irəli getməmişəm, ümumiyyətlə həyatımda heç vaxt bir qadına əl qaldırmamışam”.
Dünya ulduzu Herdin açıq şəkildə onu sui-istifadəçi adlandırmasından sonra karyerasının pisə doğru getdiyini də diqqətə çatdırıb. Depp "Sən öncə Zoluşka olursan, bir saniyə sonra isə Kvazimodo", “Mən buna layiq deyildim, uşaqlarım da” deyə məhkəmədə bildirib.
Daha sonra Conni Herd ilə ailə həyatının təfərrüatlarını bölüşüb və öncələr hər şeyin yolunda getdiyini qeyd edib.
Depp Emberin qəribə ritualının da olduğunu açıqlayıb. Belə ki, Herd hər axşam ayaqqabılarını çıxarıb ona bir qədəh şərab verirmiş. Hətta Depp ayaqqabılarını özü çıxardığı zaman həyat yoldaşının isterik narazılığıyla qarşılaşıb. Bundan sonra aktyor Emberin hərəkətlərində qəribəliklər sezdiyini bildirib.
Qeyd edək ki, qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birlərini qarşılıqlı olaraq məhkəməyə veriblər.
Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon dolar təzminat tələb edib. Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açıb.