“Rusiya nüvə arsenalına yeni əlavə olunan “Sarmat” qitələrarası ballistik raketini sınaqdan keçirib”.
Ednews TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.
Televiziyada çıxışı zamanı dövlət başçısına ölkənin şimal qərbindəki Plesetskdən buraxılan balestik raketin Kamçatka yarmadasındakı hədəfləri vurması ilə bağlı video təqdim edilib.
Putinin sözlərinə görə, yeni balestik raket yüksək taktiki-texniki xüsusiyyətlərə malik olması ilə yanaşı, müasir raket əleyhinə müdafiə vasitələrinin öhdəsindən gəlmək iqtidarındadır.
“Bu həqiqətən ordumuzun döyüş potensialını gücləndirəcək, Rusiyanın təhlükəsizliyini xarici təhdidlərdən etibarlı şəkildə təmin edəcək, eləcə də ölkəmizi təhdid edənlərə xəbərdarlıq mesajı olacaq”.– deyə Putin bildirib.