Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyanın paytaxtı Braziliyada səfərdədir.
Ednews xəbər verir ki, bu barədə XİN rəhbəri “Twitter” səhifəsində yazıb.
“Biz Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasını keçirmək üçün Latın Amerikasında ən böyük ticarət tərəfdaşımız olan Braziliyadayıq”, deyə o, qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Amerika turnesi çərçivəsində Uruqvayın paytaxtı Montevideoya səfər etmişdi.