Çinin Henan əyalətində quş qripinə yoluxma halı qeydə alınıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Milli Səhiyyə Komissiyasının (NHC) verdiyi məlumata görə, Zhumadian şəhərinin sakini olan uşaq aprelin 5-də qızdırma və digər simptomlarla həkimə müraciət edib və vəziyyəti pisləşdiyindən aprelin 10-da xəstəxanaya yerləşdirilib.
Aparılan qan analizlərinə əsasən isə, həkimlər uşağın bədənində H3N8 tipli quş qripi virusuna yoluxma aşkar ediblər.
Komissiya, virusun hələlik insanlara yoluxma iqtidarında olmadığını və geniş miqyaslı epidemiya riskinin aşağı olduğunu müəyyən edib.
Nəzrin Beydiyeva