Son olaraq “Yalancılar ve Mumları” serialı ilə ekrana gələn aktrisa Ceren Moray 2017-ci ildə Bodrumda evləndiyi fransız Niko Brundan boşanıb.
Ednews Hüriyyətə istinadən xəbər verir ki, məşhur aktrisa səssiz-sədasız boşanıb. Cütlüyün evliliklərində problemlər yaşadığı və bu səbəbdən razılaşaraq ayrılmaq qərarına gəldikləri bildirilib.
Qeyd edək ki, Niko Brun və ailəsi ilə söhbət edə bilmək üçün aktrisa Ceren Morayın anası Hülya Moray fransızca, atası Celal Moray isə ingilis dili dərsi almışdı.
Xədicə İsmayılzadə