Rusiya Ümumdünya Turizm Təşkilatından çıxır.
Ednews xəbər verir ki, bu barədə İspaniyanın Efe agentliyi məlumat yayıb.
Verilən məlumata görə Rusiya Federasiyası baş qərargahı Madriddə yerləşən Ümumdünya Turizm Təşkilatından (UNWTO) çıxır.
Qeyd edək ki,daha öncə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik RİA Novosti-yə müsahibəsi zamanı Rusiyanın Ümumdünya Turizm Təşkilatına (UNWTO) üzvlüyünün dayandırılmasının yaxşı nəticələr verməyəcəyini bildirib.
Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurası daha əvvəl Qvatemala, Litva, Polşa, Sloveniya və Ukraynanın təşəbbüsü ilə Rusiyanın üzvlüyünün dayandırılması təklifini müzakirə etmək üçün ilk iclasını keçirib. Növbədənkənar ümumi yığıncağın keçirilməsini iclas iştirakçılarının 72%-i dəstəkləyib.
Səbinə Qədirova