Rusiya Xarici İşlər Nazirliyi Moskvada yaşayan 8 yapon diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
Ednews xəbər verir ki, Yaponiyanın Rusiya-Ukrayna müharibəsi səbəbilə 8 Rusiya vətəndaşını ölkədən çıxarmasından sonra Rusiya yeni addım atıb.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, 8 yapon diplomat ölkədən çıxarılacaq. Nazirlikdən verilən açıqlamada Yaponiyanın ikitərəfli münasibətlərdə yürütdüyü siyasətin qəbuledilməz olduğu vurğulanıb və bunun nəticələrinə görə Moskva ilə konstruktiv əlaqələrdən imtina edən Tokionun məsuliyyət daşıdığı bildirilib. Sözügedən 8 nəfərin mayın 10-na qədər ölkəni tərk etmələri qeyd edilən açıqlamada deportasiya ediləcək yapon diplomatlarla bağlı ətraflı məlumat paylaşılmayıb.
Digər tərəfdən, Yaponiyanın Moskvadakı səfirliyi Yaponiya-Rusiya münasibətlərindəki vəziyyətin tamamilə Rusiyanın siyasətinin nəticəsi olduğuna diqqət çəkib və diplomatik yollarla bu qərara etiraz edib.
Qeyd edək ki, Yaponiya Xarici İşlər Nazirliyi 8 Rusiya vətəndaşının, o cümlədən diplomatların Ukraynaya dəstəyini göstərmək üçün aprelin 8-də deportasiya ediləcəyini açıqlayıb. Ölkəni tərk etməsi tələb olunan 8 Rusiya vətəndaşı aprelin 20-də Yaponiyanı tərk edib.
Ülkər İsmayılzadə