Ukraynada müharibə Rusiya onu dayandırmağa qərar verənədək davam edəcək.
Ednews xəbər verir ki, bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş CNN-ə müsahibəsində səsləndirib.
Cümə axşamı, aprelin 28-də Vladimir Zelenski ilə görüşdən bir gün əvvəl və Putinlə görüşdən sonra Quterreş müharibənin görüşlərlə bitməyəcəyini deyib.
“Rusiya Federasiyası onu dayandırmaq qərarına gələndə və atəşkəs haqda ciddi siyasi razılaşma əldə ediləndə müharibə başa çatacaq. Biz istədiyimiz qədər görüş keçirə bilərik, lakin bu, müharibəni bitirməyəcək”, - deyə baş katib bildirib.
Qeyd edək ki, indiyədək Zelenski ilə Quterreşin görüşü barədə məlumat verilməyib. Amma informasiya sızıb ki, BMT baş katibi Borodyankaya səfər edib və “21-ci əsrdə müharibə qəbul edilə bilməz” ifadəsini işlədib.
Bu arada BMT-nin Ukrayna üzrə koordinatoru Osnat Lubrani Baş katibin tapşırığı ilə Mariupoldan təxliyəni həyata keçirmək üçün Zaporojyeyə yola düşüb. O, bu barədə öz Twitter səhifəsində yazıb.