Dünən axşam saatlarından etibarən Ənbar vilayətindən başlayan və ölkəni öz təsiri altına alan qum fırtınası nəticəsində Bağdad, Nəcəf və Süleymaniyyə hava limanları uçuşları təxirə salıb.
Ednews "Hürriyət"-ə istinadən xəbər verir ki, paytaxt Bağdaddakı Yermuk Təhsil Xəstəxanasından verilən açıqlamada, 600-dən çox adamın nəfəs darlığı şikayəti ilə xəstəxanaya yerləşdirildiyi və xəstələrin əksəriyyətinin vəziyyətinin yaxşı olduğu bildirilib.
Həmçinin, qum fırtınası səbəbli ölüm halının qeydə alınmadığı və səhiyyə işçilərinin təşviş içində olduğu deyilib. Açıqlamada xəstəxanalara aparılanların əksəriyyətinin təhlükəsizlik qüvvələrinin üzvləri olduğu da vurğulanıb.
Nəzrin Beydiyeva