Britaniya Ukraynaya yardım göndərəcək - 1,6 milyard dollar - ednews.net

24 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Britaniya Ukraynaya yardım göndərəcək - 1,6 milyard dollar

Dünya A- A A+
Böyük Britaniya hökuməti Ukraynaya hərbi, iqtisadi və humanitar yardım göstərmək üçün əlavə 1,3 milyard funt sterlinq (1,6 milyard dollar) göndərəcək.
 
Ednews xəbər verir ki, bu barədə Birləşmiş Krallığın maliyyə naziri Rişi Sunaka bildirib.
 
"Biz Ukrayna xalqına dəstəyimizdə sarsılmazıq. Əlavə 1,3 milyard funt sterlinq onların ehtiyac duyduğu lazımi hərbi və əməliyyat dəstəyini təmin etməyə kömək edəcək", - deyə qeyd olunub.
 
Yeni yardım paketinə daha əvvəl Baş nazir Boris Consonun elan etdiyi 300 milyon funt-sterlinq (375 milyon dollar) dəyərində hərbi texnikanın daxil olduğu deyilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...