“Microsoft”un yaradıcısı amerikalı milyarder Bill Qeyts koronavirusa yoluxub.
Ednews xəbər verir ki, bu barədə milyarder sosial şəbəkə hesablarında məlumat verib.
"CoViD-19 üçün edilən testim müsbət nəticələndi. Yüngül simptomlar yaşayıram və mütəxəssislərin məsləhəti ilə sağalana qədər təcrid olunmuşam", - deyə Qeyts bildirib.
Milyarder əlavə olaraq bildirib ki, o, koronavirusa qarşı tam peyvənd olunub və peyvəndin gücləndirici dozasını da (Booster doza) alıb. İş adamının sözlərinə görə onun yaratdığı Qeyts Fondu tərəfdaşlarla işləməyə davam edəcək və dünyanın bir daha pandemiya ilə üzləşməməsi üçün mümkün olan hər şeyi edəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinkenin koronavirusa yoluxduğu bildiriib. Daha sonra məlum olub ki, NATO-nun baş katibi Yens Stoltenberq də koronavirusa yoluxub. O da xəstəliyi
yüngül keçirir və yaxın zamanda siyasətçi işinə davam edəcək.
Səbinə Qədirova