“Qazprom” Ukrayna ərazisindən tranzitlə Avropaya 72 milyon kubmetr qaz tədarükü edir.
Ednews Tass-a istinadən xəbər verir ki, bu məlumatı "Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupriyanov jurnalistlərə açıqlaması zamanı bildirib.
Ukraynanın Hidrotexniki qurğular operatorunun sözlərinə görə mayın 11-dən etibarən "Qazprom" fors-major şəraitə görə "Soxranivka" stansiyası vasitəsilə Avropaya qaz tranzitini dayandıracaq. Belə ki, şirkət Luqansk vilayətindəki Novopskov sərhəd kompressor stansiyasına nəzarəti həyata keçirə bilməz. Bununla əlaqədar olaraq, daşıma üçün nominasiyalar rədd ediləcək, qaz qəbul edilməyəcək.
Səbinə Qədirova