Almaniya ilin sonunadək Rusiyadan neft idxalını tamamilə dayandıracaq.
Ednews “Bloomberg”ə istinadən xəbər verir ki, hökumət rəsmiləri Avropa İttifaqı növbəti sanksiyalar çərçivəsində Aİ səviyyəsində qadağaya dair razılığa gələ bilməsə belə, Almaniya ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmağı planlaşdırdığını bildirib.
Anonimlik şərti ilə danışan rəsmilərə görə, alternativ təchizatçılarla sövdələşmələrin bağlanması üçün səylər Berlindəki kanslerlikdə davam edir və hökumət əmindir ki, yaxın 6-7 ay ərzində qalan logistika problemlərini həll edə bilər.
Onlar bildiriblər ki, Ukraynanı işğal etdiyinə görə, Avropanın Rusiyaya tətbiq etdiyi cəzaların bir hissəsi olaraq Almaniya kansleri Olaf Şolz hökumətinin milli planını irəli sürməkdə qərarlıdır.
Qeyd edək ki, Berlindəki İqtisadiyyat Nazirliyinin məlumatına görə, Almaniyanın xam neft istehlakında Rusiyanın payı artıq Ukraynadakı müharibədən əvvəlki 35%-dən 12%-ə enib.