Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışacaq.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə “Frans-Presse” agentliyi məlumat yayıb.
Söhbət Bakı vaxtı ilə saat 13:30-da baş tutacaq.
Agentliyin məlumatına görə, danışığın mövzularından biri Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı mövqeyi ola bilər.