Türkiyənin Kocaeli ərazisinin Gölcük Şehitler rayonunda yaşayan Hacer Çətin böyük bacısı və qohumları ilə birlikdə 5 illik həyat yoldaşının evinə yollanıb.
Ednews “Hürriyət”-ə istinadən xəbər verir ki, Hacer evə ayrılıq məqsədilə gedib. Bu zaman Hacer E. ilə Halim E. arasında mübahisə başlayıb və Halim E. yaşadıqları mənzilin dəhlizində Hacer Çətinə 5 dəfə atəş açaraq onu qətlə yetirib.
Sakinlərin verdiyi məlumata görə hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları sövq edilib. Dindirilmə zamanı Halim yoldaşı ilə küsülü olduğu müddətdə Hacerin ona xəyanət etdiyini və onu tərk edərək başqaları ilə münasibətdə olduğunu iddia edib.
Dindirilmədən sonra ədliyyəyə sövq edilən Halim E. həbsxanaya göndərilib.
Nəzrin Beydiyeva