İranda ofis binası çökdü - 22 nəfər həlak oldu - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

İranda ofis binası çökdü - 22 nəfər həlak oldu

Dünya A- A A+
İranın cənub-qərbində yerləşən Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, 37 nəfər xəstəxanaya yerləşdirilib.
 
Ednews xəbər verir ki, bu barədə “Anadolu” agentliyi şəhərin qubernatoru İhsan Abbaspura istinadən xəbər yayıb.
 
Xatırladaq ki, biznes binası mayın 23-də çöküb.
 
İranın Xuzistan əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Vahid Şabani hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdirildiyini bildirib. Dağıntılar altından 48 nəfəri xilas etmək mümkün olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...