Məşhur film və serial platforması "Netflix" Rusiyada xidmətini dayandırdığını təsdiq edib.
Ednews xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, xidmətin dayandırılması "Rusiya bazarını tərk etmə tədbirləri" ilə əlaqədardır.
Mayın 27-də Rusiyada istifadəçilər "Netflix"in işə düşmədiyini bildiriblər.
“Netflix”in Rusiyada bir milyondan az abunəçisi olduğu güman edilir.