Ukrayna Prezidenti Zelenski ölkədəki son vəziyyətlə bağlı xalqa müraciət edib.
Ednews xəbər verir ki, o, müraciətində Severodonetsk, Lısıçansk, Baxmut, Avdiivka, Kuraxove, Slovyansk və bəzi digər yaşayış məntəqələrinin Rusiyanın əsas hədəfləri olaraq qaldığını bildirib. Zelenski bildirib ki, Rusiya ordusu müdafiəçilərə getdikcə daha çox təzyiq göstərmək üçün müəyyən hədəflər qoyur və bölgələrə böyük qüvvələr toplamağa çalışır.
Donbasda Rusiya ordusunun qüvvələrini topladığını bildirən prezident rus qoşunlarının Xarkovu, Sumi bölgəsini bombaladığını və Xerson bölgəsi uğrunda mübarizə apardığını da vurğulayıb.
Zelenski açıqlamasında Luqansk bölgəsində rus əsgərlərinin yerli əhaliyə atəş açdığını və münaqişə nöqtələrində təxliyənin qarşısını aldığınıdeyib. Həmçinin, o, Fransanın "BFM TV" telekanalının jurnalisti Frederik Lekler-İmhoffun öldürüldüyü xəbərini verib.
Qeyd edək ki, (Frederik) 24 fevraldan bəri öldürülən 32-ci media nümayəndəsi oldu.
Nəzrin Beydiyeva