Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə Qarabağ münaqişəsinin həll etdiyinə baxmayaraq ermənilər xislətlərindən əl çəkməyərək təxribatçı əməllərinə davam edirlər.
Ednews xəbər verir ki, erməni seqmentinin Teleqram kanallarının birində yayılan video görüntülərdə bunun bariz nümunəsi əks olunub.
Belə ki, görüntülərdə yerə təbaşirlə "Artsax Ermənistandır" yazan erməni qız uşağı əks olunub. Bundan başqa videoda azyaşlının separatizmin simvolu sayılan saxta “Arstax” bayrağını təbaşirlə asfaltın üzərinə çizməsi görüntüsü də yer alıb.
Sözügedən görüntüləri təqdim edirik:
Azadə Ağayeva