“Bu gün Qazaxıstan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum yanvardakı iğtişaşların təkrarlanmayacağının zəmanəti olacaq. Biz hadisələrdən müvafiq nəticələr çıxarmışıq”.
Ednews TASS-a istinadən verdiyi xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
Kasım-Jomart Tokayev deyib ki, yanvarda baş verən hadisələrin araşdırılması üçün beynəlxalq ekspertlərin dəvət edilməsinə ehtiyac yoxdur: “İstintaqı səlahiyyətli orqanlar çox diqqətlə, detallı aparır. Cəmiyyətimiz üçün heç nə sirr qalmayacaq”.