İtaliyanın Luka şəhərindəki "Kapannori Tassignano" limanından havaya qalxan və içərisində bir italyan pilot və 6 xarici vətəndaşın olduğu "Agusta Koala AW119" tipli helikopter radarda gözdən itib.
Ednews xəbər verir ki, sözügedən helikopter Modena şəhərindəki Pavullo nel Frignano hava limanına uçuş həyata keçirməli idi. Rəsmilər uçuşdan 30 dəqiqə sonra helikopterlə əlaqənin kəsildiyi bildirilib.
İtaliya mətbuatında çıxan xəbərdə helikopterdəki sərnişinlərdən dördünün Türkiyə, ikisinin isə Livan vətəndaşı olduğu bildirilib.
Hazırda Modena bölgəsindəki Pievepelaqo ilə San Pelleqrino arasındakı ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır.