Almaniya kanslerinin Kiyevə səfəri planlaşdırılır - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Almaniya kanslerinin Kiyevə səfəri planlaşdırılır

Dünya A- A A+

Almaniya kansleri Olaf Şolz Almaniyanın iyunun sonunda ev sahibliyi edəcəyi G7 sammitindən əvvəl Ukraynaya səfər etməyi planlaşdırır.

Ednews “Ukrinform”a istinadən xəbər verir ki, söhbət, həmçinin Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi ilə birgə səfərin mümkünlüyündən gedir.

Paris və Berlin hökumətlərinin bir müddətdir ki, Kiyevə birgə səfərlə bağlı danışıqlar apardığı iddia edilir. İtaliya hökumətinin başçısını alyansda üçüncü tərəf kimi qəbul etmək Fransanın ideyası olub.

“Şolz, Makron və Draqi səfərləri ilə Avropa birliyinə işarə etmək istəyirlər”, açıqlamada deyilir. Almaniya hökumətinin nümayəndəsi bu məlumatı təsdiqləməkdən imtina edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...